Əsas müddəalar və şərtlər

1. Əsas müddəalar

1.1. Mərc — müəyyən qaydalar çərçivəsində müştəri ilə mərc şirkəti arasında həyata keçirilən uduşla bağlı müqavilədir, bu halda cari müqavilənin nəticəsi oyunun keçirilib- keçirilməyəcəyindən asılıdır. Müştərilərin mərcləri mərc şirkətinin şərtlərinə əsasən qəbul edilir.

1.2. Nəticə- mərc edilən oyunun (oyunların) nəticəsidir.

1.3. Müştəri — mərc şirkətində oyunun nəticəsi ilə bağlı mərc edən şəxs.

1.4. Siyahı- oyunların tam siyahısı, bu oyunların mümkün nəticələri, həmin oyunların mümkün nəticələrinin əmsalları, onların tarixi və vaxtını əks etdirir. Daha sonra mərc şirkəti oyunların nəticələrinə mərclərin qəbulunu dayandıracaqdır.

1.5. Mərcin ləğvi — Hər hansı bir oyunun uduşun hesablanması və ödənilməsinin həyata keçirilməyəcəyi haldır. “Mərcin ləğvi” halında, bu Qaydaların şərtlərinə uyğun olaraq, təşkilatçı ilə müştəri arasında bağlanmış sövdələşmə yerinə yetirilməmiş hesab olunur və həmin mərc edilmiş məbləğ geri qaytarılır.

1.6. Əsas vaxt- rəsmi şəxslər tərəfindən əlavə edilən vaxt da daxil olmaqla idmanın bu növü üzrə yarışların keçirilməsi qaydalarına uyğun olan oyun vaxtıdır. Əsas vaxta əlavə vaxt, penaltilər seriyası, penalti zərbələri və s. aid deyil.

1.7. Bütün mərclər prosessinq mərkəzi tərəfindən verilən məlumat əsasında hesablanmalıdır.

1.8. Uduş hesablanarkən mərc oyununun iştirakçısı hesablanan uduşun doğruluğunu yoxlamalı və hesablanan uduşa narazı olduğu halda müvafiq olaraq mərc şirkətinə ərizədə öz hesab nömrəsini, tarixini, vaxtını, oyunu, məbləği, oyunun seçilmiş nəticəsini, əmsalını, habelə hesablanan uduşa narazı olma səbəblərini bildirməlidir. Hesablanmış uduşlarla bağlı bütün iddialar 10 (on) gün ərzində qəbul edilir.

1.9. Müştərinin tədbirin hər hansı konkret nəticəsi üzrə etdiyi mərc, bu mərcdə qeyd olunan bütün nəticələr düzgün proqnozlaşdırılıbsa, udmuş sayılır.

1.10. Mərclərin qəbul şərtləri (əmsallar, baş startlar, totallar, maksimum mərc məhdudiyyətləri və s.) istənilən mərcdən sonra dəyişdirilə bilər, yalnız əvvəlcədən edilən mərclərin şərtləri isə dəyişməz olaraq qalır. Müqavilənin icrasından əvvəl müştəri cari xəttə edilən bütün düzəlişləri dəqiqləşdirməlidir.

1.11. Nəticəsi mərc anında məlum olan tədbirlərə edilən mərclər “1” əmsalı ilə hesablana bilər.

1.12. Cari Müqaviləyə əsasən, müştəri (müqavilənin iştirakçısı) ilə mərc şirkəti arasında bağlanmış mərc müqaviləsinin yerinə yetirilməsi və icrası o cümlədən uduş ödənişi, tədbirlərin nəticəsi, uduş əmsalları, bağlanmış müqavilənin digər mühüm şərtləri və hətta müqavilənin etibarsız və ya keçərsiz hesab edilməsi kimi mühüm məsələlər ilə bağlı müştəri (müqavilə iştirakçısı) ilə mərc şirkəti arasında uyğunsuzluqlar yarandıqda, tərəflər yaranmış uyğunsuzluqların aradan qaldırılması üçün məcburi şikayət prosedurunu qəbul etməlidirlər (qərəzli prosedur).

1.13. İddia şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayaraq 10 (on) gün ərzində verilməlidir. İddiaya, irəli sürülən iddiaları təsdiq edən və əsaslandıran bütün dəlillər və faktlar əlavə edilməlidir. Göstərilən iddiaları əsaslandırmaq üçün kifayət qədər dəlil olmadıqda, iddia baxılmadan geri qaytarılacaqdır.

1.14. Mərclərin qəbulu zamanı (təklif olunan tədbirlərin siyahısında aşkar səhvlər, sətirdə və mərcdə əmsalların uyğunsuzluğu və s, kimi) əməkdaşların buraxdığı səhvlər olduqda, mərc qəbul edilərkən cari Qaydalardan kənara çıxıldıqda, habelə mərclərin düzgün olmadığını təsdiq edən digər arqumentlər olduqda, mərc şirkəti belə şərtlərlə edilmiş mərcləri etibarsız hesab etmək hüququna malikdir. Belə mərclər üzrə ödəniş “1” əmsalı ilə həyata keçirilir.

1.15. Oyunların qeyri-idman xarakterli olması ilə bağlı şübhə yaranarsa, beynəlxalq təşkilatın yekunu qərarınadək idman tədbirinə qoyulan mərcləri bloklamaq və qeyri-idman yarışı faktı təsdiqləndiyi halda mərcləri etibarsız saymaq hüququna malikik. Belə mərclər üzrə ödəniş “1” əmsalı ilə həyata keçirilir. Administrasiya mərc iştirakçılarına hər hansı sübut və ya nəticə təqdim etməyə məcbur deyil.

1.16. Əmsallarımızda hər hansı aşkar səhv olarsa, belə mərc həmin markerə uyğun gələn faktiki əmsal üzrə yekun nəticədən sonra hesablanmalıdır.

1.17. Komanda adlarının, oyunçu adlarının, tədbirlərin keçirildiyi yerlərin transliterasiyası (xarici dillərdən tərcüməsi) zamanı oxunuşların müxtəlifliyi ilə bağlı heç bir iddianı mərc şirkəti qəbul etmir. Turnirin adında göstərilən bütün məlumatlar köməkçi xarakter daşıyır. Bu məlumatda mümkün olan hər hansı səhvlər mərclərin ödənilməsi üçün səbəb sayılmayacaqdır.

1.18. Mərc anında mərc iştirakçısının tədbirin nəticəsi haqqında məlumatı olduğu müəyyən edilərsə, həmin hesab üzrə edilən bütün mərcləri ləğv etmək və mərc hesabını bağlamaq hüququna malikik. Bu halda mərc şirkətinin rəhbərliyi mərc iştirakçılarına hər hansı sübut və ya nəticə təqdim etməyə məcbur deyil.

1.19. These General Terms and Conditions are written in English. The English version is the definitive version. Any other versions (translations) are for reference only.

2. Mərc qəbulunun əsas qaydaları

2.1. Mərc şirkəti hər hansı xüsusi müştəriyə xəbərdarlıq etmədən və səbəblərini izah etmədən hər hansı bir xüsusi tədbir üzrə maksimum mərc limitini və əmsalları məhdudlaşdırmaq və ya artırmaq hüququna malikdir.

2.2. Eyni nəticəyə və ya eyni oyunçunun nəticələrinin kombinasiyasına təkrar mərclərin qəbulu mərc şirkətinin qərarı ilə məhdudlaşdırıla bilər.

2.3. Mərc serverdə qeydiyyata alındıqdan və onlayn təsdiq olunduqdan sonra qəbul edilmiş hesab olunur. Qeydiyyatdan keçməmiş mərclər ləğv edilə və ya dəyişdirilə bilər.

2.4. Mərclər yalnız müştəri hesabındakı cari balansdan çox olmayan məbləğdə qəbul edilir. Mərc qeydiyyatdan keçdikdən sonra mərc məbləği hesabdan silinəcəkdir. Mərc hesablandıqdan sonra uduş məbləği müştərinin hesabına köçürüləcəkdir.

2.5. Mərclər tədbir başlamazdan əvvəl qəbul edilir; sətirdə qeyd olunan tədbirlərin başlanma tarixi, vaxtı və bununla bağlı hər hansı şərhlər təqribi olacaqdır. Hər hansı səbəbdən mərc tədbirin faktiki başlanğıcından sonra edilibsə, belə mərc etibarsız sayılır. Canlı oyunlara qoyulan mərclər yəni oyunun gedişində edilən mərclər istisnadır. Belə mərclər oyunun sonuna qədər etibarlıdır.

2.6. Hər hansı xüsusi hallar istisna olmaqla, bu qaydalarla nəzərdə tutulmuş LINE və LIVE mərcləri redaktə edilməyəcək və ya silinməyəcəkdir.

2.7. Mərc ləğv edildiyi halda, o mərc üzrə edilən pul vəsaitinin geri qaytarılması həyata keçirilir. Açıqlama olaraq, hər hansı bir və ya bir neçə tədbir ilə bağlı mərc ləğv edildiyi hallarda, həmin tədbirlər üzrə uduş hesablanması aparılmayacaqdır.

2.8. Mərclərin hər hansı səhv hesablanması halında (məsələn, səhv daxil edilmiş nəticələrə görə) belə mərclər yenidən hesablanacaqdır. Bu halda, səhv hesablama və yenidən hesablama arasında edilən mərclər etibarlı olacaqdır. Yenidən hesablamadan sonra oyunçunun balansı mənfi olarsa, o, hesab doldurulana qədər heç bir mərc edə bilməz.

2.9. Bütün idman tədbirləri yalnız idman tədbirlərini keçirən təşkilatların rəsmi sənədlərində, idman federasiyalarının rəsmi saytlarında, idman klublarının saytlarında və digər idman məlumat mənbələrində məlumatlar olduqda təxirə salınmış hesab edilir və ləğv edilir və həmin məlumatlar əsasında sətirdə qeyd olunan idman tədbirləri tənzimlənir.

2.10. Müştəri, mərclərin qəbulu, uduşun ödənilməsi, tədbirin nəticəsi və bu kimi digər məlumatlar barədə əməkdaşlara (mərc şirkətinin əməkdaşlarını) yalan məlumat və tələblər təqdim edərək, onları bilərəkdən çaşdırıbsa, mərc ləğv ediləcəkdir. Yuxarıda göstərilən hallar 18 yaşına çatmamış azyaşlılara, habelə onların valideynlərinə də şamil edilir.

2.11. Əgər öncədən məlum olan nəticəyə (tədbir baş tutubsa, lakin nəticə sistemdə əks olunmayıb) mərc edilmişsə, mərc ləğv edilməlidir.

2.12. Tədbirin başlaması 72 saatdan artıq təxirə salınıbsa, mərc ləğv edilə bilər.

2.13. Əgər tədbirə fasilə verilibsə, mərclər dayanma vaxtı olan nəticələrə əsasən ödəniləcək. Əgər mərclərin nəticəsi müəyyən olunmayıbsa, nəticələrin müəyyən olunması 48 saat ərzində dayandırılacaq. Əgər tədbir bu vaxt ərzində başa çatmasa, bütün mərclər 1 əmsalı ilə ödəniləcək. İstisnalar «İdman qaydaları» bölməsində göstərilib.

3. Mərclərin növləri

3.1. Təkli — tədbirin müəyyən bir nəticəsinə edilən mərc. Təkli mərc üzrə uduş bu nəticə üçün müəyyən edilmiş mərc məbləği və əmsalın hasilinə bərabər olmalıdır.

3.2. Ekpress mərc — tədbirin bir-birindən asılı olmayan nəticəsinə edilən mərc. Ekspress mərc üzrə uduş, mərc məbləğinin və ekspress mərci təşkil edən bütün nəticələrin əmsallarının hasilinə bərabər olmalıdır. Ekpress mərc nəticəsinin birində uduzmaq bütün ekpress mərcin itirilməsi deməkdir.

3.3. Sistem – bir neçə ekspress mərclərin birləşməsinə mərc. Sistem üzrə qalibiyyət seçilmiş uduş nəticələrinə əsasən müəyyən edilir: üçdən ikisi, beşdən dördü, yeddidən beşi və s. Kombinasiyada fərdi ekspress mərcləri uduzmaq bütün sistemi itirmək demək deyil. Hadisələrin sayı üzrə məhdudiyyətlər bu Qaydaların 4.5.-ci bəndində müəyyən edilmişdir.

4. Tədbirin müəyyən nəticələrinin daxil edilməsinə qoyulan məhdudiyyətlər

4.1. Ekpress mərc təqdim olunan nəticələrdən yalnız birinə şamil oluna bilər. Əgər ekpress mərcə iki və ya daha artıq nəticə daxil edilibsə, əmsalı ən aşağı olan tədbirin nəticəsi ləğv edilir.

4.2 Əlaqəli nəticələr (bir-biri ilə əlaqəsi olan tədbirlər) — mərcin bir hissəsinin nəticəsi digər hissəyə təsir göstərir.

4.3. Oyunda əsas vaxt ərzində heç bir penalti təyin edilməyibsə, “Komanda penalti vurdu Bəli/Xeyr” nəticəsi üzrə mərclər uduzmuş sayılır.

4.4. Əgər mərcdə sayı qeyd olunan qol vurulmayıbsa, “Qol necə vurulacaq”, “Növbəti qol” hadisələri üzrə mərclər itirilmiş sayılır.

4.5. Sistemdə maksimum icazə verilən hadisələrin sayı – 16.

5. Oyun zamanı mərclərin qəbulu (live-mərc)

5.1. Live-mərclərə həm əsas həm də əlavə nəticələr qəbul olunur. Təkli live-mərclər müstəqil şəkildə edilə və ya eyni ekspress mərcdə birləşdirilə bilər.

5.2. Serverdə qeydiyyatdan keçdikdən və onlayn təsdiq verildikdən sonra mərc qəbul edilmiş hesab olunur. Qəbul edilmiş mərc dəyişdirilə bilməz. «Mərcin qəbulunun əsas qaydaları» bölməsində qeyd olunan hallar zamanı canlı mərcin hesablanması «1» əmsalı ilə mümkün olacaq.

5.3. Canlı mərclərin qəbul ediləcəyi oyunların cari nəticələrinin qeyri-dəqiqliyinə görə mərc şirkəti məsuliyyət daşımır. Müştərilər həmçinin digər müstəqil informasiya mənbələrindən istifadə edə bilər.

5.4. Live-mərclər dəyişdirilə va ya ləğv edilə bilməz.

6. Oyunun nəticəsi, tarixi və başlama vaxtı, mübahisəli məsələlərin həlli

6.1. Mərc provayderi tərəfindən verilən hər hansı yanlış nəticə səbəbindən mərc hesablanmasına yenidən baxıla bilər. İdman federasiyalarının rəsmi saytları, idman klublarının saytları və digər idman məlumat mənbələri əsasında təsdiq edilmiş sənədlər olmadıqda mərclərin hesablanması üçün idman tədbirlərini keçirən təşkilatların rəsmi sənədləri əsasında təqribən müəyyən edilən hadisələrin faktiki başlama vaxtı nəzərə alınır.

6.2. Mərc şirkəti tarix və vaxtın tədbirin həqiqi başlanğıcına uyğun gəlməməsinə görə məsuliyyət daşımır. Yuxarıda qeyd olunduğu kimi tədbirin başlama tarixi və saatı təxmini olaraq nəzərə alınır. Mərclərin hesablanması üçün tədbirin həqiqi başlama vaxtı nəzərə alınır ki, bu da təşkilatın rəsmi sənədləri əsasında müəyyən edilir musabiqə.

6.3. Mərc şirkəti çempionatların adındakı səhvlərə, oyunların müddətinə (idman tədbirləri) görə məsuliyyət daşımır. Canlı mərc zamanı qeyd olunan tarix təxmini olmalıdır. Müştərilər idman tədbirləri ilə bağlı məlumatları dəqiqləşdirmək üçün digər müstəqil informasiya mənbələrindən istifadə etməlidirlər. Tədbirin nəticəsi ilə bağlı hər hansı iddialar tədbirin başa çatdığı gündən 10 təqvim günü ərzində müsabiqəni keçirən təşkilat tərəfindən verilmiş tədbirin nəticələrinə dair rəsmi sənədlər əsasında qəbul edilir.

6.4. Tədbir başlandıqdan sonra edilən mərclər «1» əmsalı ilə hesablanır (istənilən live- mərclər istisna olmaqla); ekpress mərclər üzrə əmsal «1»ə bərabər olmalıdır.

6.5. Əgər müştəri oyunun nəticəsini öncədən bilərəkdən mərc edibsə, bu mərc ləğv edilməlidir. Bu halda mərc şirkəti yalnız ictimaiyyətə qapalı xüsusi araşdırmadan sonra qərar qəbul edir. Belə mərclərə vaxtında qadağa qoyulmalıdır.

6.6. Əgər iştirakçı tədbir başlamazdan əvvəl mübarizədən imtina edərsə, həmin iştirakçı ilə əlaqədar bütün mərclər ləğv edilir.

6.7. Tədbir iştirakçısı hər hansı səbəbdən (zədə, imtina və s.) yarış zamanı yarışı tərk edərsə, onun iştirak etdiyi yarışın sonuncu raundu və ya mərhələsi başlamazdan əvvəl edilən bütün mərclər etibarlı sayılır və bütün digər mərclər ləğv edilir.

6.8. Tədbir iştirakçısı, komanda üzvü (futbolçu, xokkeyçi, basketbolçu və s.) oyunda iştirak etmədikdə, başqa cür razılaşma əldə olunmazsa, onlara edilən mərclər üzrə uduş əmsalı «1»ə bərabər qəbul edilir.

6.9. Əgər tennis oyununda oyun başlamazdan əvvəl oyundan imtina (diskvalifikasiya) baş veribsə, iştirakçının yarışdakı nəticəsinə dair mərclər istisna olmaqla, mərclər üzrə uduş əmsalı «1»ə bərabər qəbul edilir. Əgər tennis oyunu dayandırılıbsa, həmin gündə başa çatmayıbsa və təxirə salınıbsa, oyun başa çatana qədər və ya iştirakçılarından hər hansı biri imtina edənə qədər, oyuna edilən mərclər o vaxt ərzində oyunun keçirildiyi turnirin sonuna qədər qüvvədə qalır. 

6.10. Əgər tədbirdə (oyun, müsabiqə və ya döyüş) iştirakçılardan bir cütlük (komandalar, atletlər) göstərilərsə lakin daha sonradan cütlüyün iştirakçılarında dəyişiklik edilərsə, həmən tədbirə edilən bütün mərclər ləğv ediləcək.

6.11. Komanda müsabiqələrində hər hansə bir səbəbdən komandanın bir və ya bir neçə üzvü arasında dəyişiklik edilərsə, bütün oyunun nəticəsinə edilən mərclər qüvvədə qalacaq.

6.12. Cütlüklərlə oyunda, əgər cütlük iştirakçıları təyin olunubsa, cütlüklərdən birinin dəyişdirilməsi zamanı mərclər üzrə uduş əmsalı «1»-ə bərabər olacaq. Əgər iştirakçılar təyin olunmayıbsa, mərc qüvvədə qalacaq.

6.13. Müsabiqələrdə «meydan sahibi» və «qonaq komanda» terminləri istifadə edilibsə, tədbir təxirə salınarsa, neytral sahədə keçirilən oyuna edilən mərclər qüvvədə qalır; rəqib komandanın meydanında keçirilən oyuna edilən mərclər qüvvədə qalır.

6.14. Əgər «meydan sahibi» və «qonaq komanda» terminləri müsabiqədə istifadə olunmayıbsa (məs. istənilən tək və ya cütlüklərlə keçirilən idman oyunlarında) tədbirin keçirilmə yeri dəyişdirildikdə oyuna edilən bütün mərclər qüvvədə qalır. NBA, NHL, AHL, KHL, OHL, WHL, Şərq Sahili Xokkey Liqası (Şimali Amerika) komandaları həm birbaşa (meydan sahibi — qonaq) kimi, həm də tərs ardıcıllıqla paylana bilər. Tərs ardıcıllıqla paylanma olarsa, mərclər geri qaytarılmır.

6.15. Yoldaşlıq oyunları, klublararası yoldaşlıq turnirlərində, tədbirin keçirilmə yeri dəyişdirildikdə, oyuna edilən bütün mərclər qüvvədə qalır.

6.16. İdman növləri və ya mərclərin qəbulu və hesablanmasına dair xüsusi qaydalar ayrılıqda verilməzsə, bu halda Ümumi qaydalara əməl olunacaq.

6.17. Mübahisəli məsələlərdə yekun qərar mərc şirkəti tərəfindən qəbul edilir.

6.18. Müxtəlif informasiya mənbələrindən alınan məlumatların (tarix, vaxt, nəticə, komandanın adı) uyğunsuzluğu halında, mərc şirkəti uduşun ödənilməsini bu cür məlumatların həqiqiliyi tam təsdiq olunana qədər dayandırır. Əgər başa çatmış tədbirin rəsmi veb səhifədə təqdim olunan nəticəsi TV yayımının məlumatları ilə fərqlənirsə, mərc şirkəti televiziya yayımının məlumatlarına uyğun olaraq hesablama aparmaq hüququna malikdir.

6.19. Əmsalların çıxarılışı proqramında xəta aşkar edildikdə və mərc şirkəti tərəfindən bu xəta təsdiq edildikdə, həmin oyunlara edilən bütün mərclər uduşlu sayılır və mərclər üzrə ödəniş “1”ə bərabər olan uduş əmsalı ilə həyata keçirilir.

7. Tərəflər

7.1. Müqavilənin bütün bəndləri, o cümlədən “biz”, “bizə”, “bizim” və ya “mərc şirkəti” əvəzlikləri müştərinin yuxarıda qeyd edilən və müştərinin aşağıdakı birinci bəndlə razılaşdığı mərc şirkətinə aid edilir.

8. Şərtlərin dəyişdirilməsi

8.1. Hər hansı bir səbəbdən, daha dəqiq desək: ticari, hüquqi eləcə də müştərilərə xidmət göstərilməsi ilə bağlı müəyyən səbəblərə görə bizim Müqaviləyə müəyyən düzəliş etmək hüququmuz var. Müqavilənin faktiki bəndləri və onların başlama tarixləri Veb saytında qeyd olunub. Cari Müqavilənin nəzərdən keçirilməsinə dair şəxsi məsuliyyəti müştəri öz üzərinə götürür. Mərc şirkətinin istənilən vaxt və Müştəriləri əvvəlcədən xəbərdar etmədən İnternet saytında düzəlişlər etmək hüququ var.

8.2. Müqavilənin düzəliş edilmiş bəndləri ilə razılaşmadığı halda, Müştəri İnternet saytından istifadəni dayandırmalıdır. Müqavilənin dəyişdirilmiş bəndlərinin tətbiqinə başlandıqdan sonra müştərinin müvafiq İnternet saytından hər hansı sonrakı istifadə bildirişi almasından və ya yenilənmiş Müqavilədən düzəlişlər barədə xəbər tutmasından asılı olmayaraq, dəyişdirilmiş bəndlər tam qəbul olunur.

9. Tələb etmə hüququ

9.1. İstənilən yurisdiksiya qanunvericiliyinə uyğun olaraq qumar oyunlarında 18 yaşına və ya qanuni iştirak üçün məcburi olan hər hansı bir yaşa çatmamış (bundan sonra icazə verilən yaş adlanır) hər hansı bir şəxsin internet saytından istifadə etməsi qadağandır. İnternet saytından icazə verilən yaşa çatmamış hər hansı bir şəxs tərəfindən istifadə edilməsi Müqavilənin birbaşa pozulması deməkdir. Bu baxımdan müştərinin yaşını təsdiq edəcək sənədləri tələb etmək hüququmuz var. Müştərinin yaşının İcazə verilən yaşa uyğun olduğuna dair heç bir sübut təqdim edilmədikdə, Müştəriyə xidmətlərin göstərilməsindən imtina edilə və onun hesabının fəaliyyəti dayandırıla bilər.

9.2. Onlayn qumar bəzi yurisdiksiyalarda qanuni olaraq qadağandır. Müqaviləni qəbul edərkən müştəri bilməlidir ki, müştərinin məskunlaşdığı hər hansı bir yurisdiksiyada internet saytının qanuni istifadəsi ilə bağlı zəmanət və ya hər hansı hüquqi məsləhət verə bilmərik. İnternet sayt xidmətlərinin heç bir müştəri yurisdiksiyası qanunlarını pozmadığını iddia edə bilmərik. Müştəri İnternet saytının xidmətlərindən öz istəyi ilə istifadə edir və bütün mümkün riskləri tam dərk edərək bütün məsuliyyəti öz üzərinə götürür.

9.3. Məqsədimiz müştəriyə yurisdiksiyasının qanunvericiliyini pozan xidmətlər göstərmək deyil və bunu etmək niyyətində deyilik. Müqavilənin şərtlərini qəbul etməklə Müştəri İnternet-saytdan hər hansı istifadənin öz yurisdiksiyasının ərazisində qüvvədə olan qanun və qaydalara uyğun olduğunu təsdiq edir. İnternet saytının xidmətlərindən qeyri-qanuni istifadəyə görə heç bir məsuliyyət daşımırıq.

9.4. Hüquqi səbəblərə görə aşağıdakı ölkələrdən heç bir Müştəri qəbul etmirik:

9.4.1. Mütləq məhdudiyyət. ABŞ, Kanada, Böyük Britaniya, İspaniya, Latviya, Litva, Niderland, Fransa, İtaliya, İsveçrə, Albaniya, Barbados, Pakistan, Suriya, Cənubi Sudan, Kayman adaları, Haiti, Yamayka, Şimali Koreya, Malta, Panama və Birləşmiş Ərəb Əmirliklərindən olan müştərilərə xidmət göstərilməsinə icazə verilmir.

Göstərilən yurisdiksiyalarda yaşayan və ya olan şəxslərin Veb-saytda hesab açmasına və ya hesabın artırılmasına icazə verilmir. Yurisdiksiyaların siyahısı dəyişdirilə bilər və Şirkət tərəfindən Müştərilərə əvvəlcədən xəbərdarlıq edilmədən yenilənə bilər. Siz yuxarıda sadalanan yurisdiksiyaların hər hansı birində yaşayarkən hesab açmamaq və hesabın artırılmasını etməmək öhdəliyini qəbul edirsiniz.

Şirkət 1win saytında dərc edilmiş təsdiqlənmiş ehtiyat tədbirlərinə və xəbərdarlıqlara əməl etməyən bu yurisdiksiyalardan olan istifadəçilər üçün məsuliyyət daşımır.

9.4.2. Qara siyahıya alınmış ərazilər. 9.4.1 bəndinə əlavə olaraq, bütün NetEnt oyunları aşağıdakı ərazilərdə oynana və ya istifadə edilə bilməz: Əfqanıstan, Albaniya, Əlcəzair, Anqola, Avstraliya, Kamboca, Ekvador, Qayana, Honq-Konq, İndoneziya, İran, İraq, İsrail, Küveyt, Lao, Myanma, Namibiya, Nikaraqua, Şimali Koreya, Pakistan, Panama, Papua Yeni Qvineya, Filippin, Sinqapur, Cənubi Koreya, Sudan, Suriya, Tayvan, Uqanda, Yəmən, Zimbabve, Belçika, Bolqarıstan, Danimarka, Estoniya, Latviya, Litva, Çexiya, Meksika, Portuqaliya, Rumıniya.

9.4.3. Brend oyun bölgələri.

9.4.3.1. Guns & Roses, Jimi Hendrix, & Motörhead aşağıdakı ölkələrdə oynanıla və ya istifadə edilə bilməz: Əfqanıstan, Albaniya, Əlcəzair, Anqola, Kamboca, Ekvador, Qayana, Honq-Konq, İndoneziya, İran, İraq, İsrail, Küveyt, Lao, Myanma, Namibiya, Nikaraqua, Şimali Koreya, Pakistan, Panama, Papua Yeni Qvineya, Filippin, Sinqapur, Cənubi Koreya, Sudan, Suriya, Tayvan, Uqanda, Yəmən, Zimbabve, Belçika, Bolqarıstan, Kanada, Danimarka, Estoniya, Fransa, İtaliya, Latviya, Litva, Meksika, Portuqaliya, Rumıniya, İspaniya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Avstraliya, Azərbaycan, Çin, Hindistan, Malayziya, Qətər, Rusiya, Tayland, Tunis, Türkiyə və Ukrayna.

9.4.3.2. Universal Canavarlar (Frankenstein, the Bride of Frankenstein, Dracula, The Phantom’s Curse, Creature from the Black Lagoon və The Invisible Man) YALNIZ aşağıdakı ölkələrdə oynanıla bilər: Andorra, Ermənistan, Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Braziliya, Gürcüstan, İslandiya, Lixtenşteyn, Moldova, Monako, Monteneqro, Norveç, Rusiya, San Marino, Serbiya, İsveçrə, Ukrayna, Xorvatiya, Makedoniya, Türkiyə, Avstriya, Bolqarıstan, Kipr, Finlandiya, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, Lüksemburq, Malta, Hollandiya, Peru, Polşa, Slovakiya, Sloveniya və İsveç.

9.4.4. Birləşdirilmiş Jackpot Əraziləri. Avstraliya, Azərbaycan, Çin, Danimarka, Hindistan, İsrail, İtaliya, Yaponiya, Malayziya, Qətər, Rusiya, İspaniya, Tayland, Tunis, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Ukraynada yığılmış cekpot oynana və ya əldə edilə bilməz.

9.5. Mərclər qəbul edilmir:

9.5.1. mərc edilə biləcək tədbirlərin iştirakçısı olan istənilən şəxs (idmançılar, məşqçilər, vəzifəli şəxslər, sahiblər və ya klub rəhbərləri və tədbirin nəticəsinə təsir edə biləcək hər hansı digər şəxs), habelə onların göstərişi ilə hərəkət edən; digər mərc ofislərinin maraqlarını təmsil edən istənilən şəxsdən;

9.5.2. mərc şirkəti ilə müqavilədə iştirakı mövcud qanunvericiliklə qadağan olunan istənilən digər şəxsdən.

9.6. Mərc iştirakçısı bu Qaydaların 9.5-ci bəndinin pozulmasına görə məsuliyyət daşıyır. Cari Müqavilənin pozulması halında, mərc şirkəti istənilən uduşu ödəməkdən imtina etmək və ya hər hansı ödənilmiş məbləği qaytarmaq, eləcə də istənilən mərci ləğv etmək hüququna malikdir. Müştərinin yuxarıda qeyd olunan şəxslərin hər hansı bir kateqoriyasına aid olduğu konkret məqama görə mərc şirkəti məsuliyyət daşımır. Belə ki, mərc şirkəti müştərinin qeyd olunan şəxslərdən biri olduğuna dair məlumat aldıqdan sonra sonra istənilən vaxt müəyyən tədbirlər görmək hüququna malikdir.

9.7. Mərc edən bukmeyker şirkətinə qarşı saxtakarlıq (çoxlu hesab, mərc oyunlarının avtomatlaşdırma proqramından istifadə, arbitraj vəziyyətlərdə oyun, mərc etmək üçün istifadə olunmayan oyun hesabı, loyallıq proqramlarından sui-istifadə və s.), etdiyi təqdirə bukmeyker şirkəti mərcləri ləğv etməklə və mərc edənin oyun hesabını bağlamaqla bu cür saxtakarlıq hərəkətlərini dayandırmaq hüququnu özündə saxlayır.

10. Hesabın açılması

10.1. İnternet saytının bütün əsas xidmətlərinə daxil olmaq üçün hesab açılmalıdır. Bunun üçün müştəri «1 kliklə» qeydiyyatdan keçə və ya e-poçt ünvanını daxil edə bilər və daha sonra mərc hesabına daxil olmaq üçün istifadə ediləcək parol yarada və habelə şəxsi məlumatları əlavə edə bilər: Ad, telefon nömrəsi və doğum tarixi.

10.2. Müştəri qeydiyyat zamanı həqiqi bir e-poçt ünvanı təqdim etməli və ya 1 kliklə qeydiyyatdan istifadə edildiyi təqdirdə onu həqiqi bir e-poçt ünvanına dəyişdirməlidir.

10.3. Məlumatın doğruluğunu təsdiqləmək üçün müştərilərin şəxsiyyətini təsdiq edən sənəd tələb etmək hüququmuz var. Hər hansı bir səbəbdən müştəri tələb olunan sənədləri təqdim edə bilmirsə, şəxsiyyəti müəyyənləşdirmək üçün lazımi məlumatları təqdim edənə qədər müştərinin hesabını dayandırmaq və ya bloklamaq hüququmuz var.

10.4. Müştəri internet saytında qeydiyyatdan keçərkən özü haqqında tam və etibarlı məlumat göstərdiyini təsdiq edir və bununla bağlı hər hansı dəyişiklik edilərsə, müştərinin onları dərhal öz profilinə daxil etməyi məcburidir Bu qaydaya əməl olunmaması və yerinə yetirilməməsi məhdudiyyətlərin tətbiqinə, hesabın dayandırılmasına və ya bloklanmasına, habelə ödənişlərin ləğvinə səbəb ola bilər.

10.5. Saytda qeydiyyat zamanı hər hansı bir sual və ya problem yaranarsa, Müştəri onlayn müştəri xidməti ilə əlaqə saxlaya və ya 8(800)301-77-89 (24/7) nömrəsinə zəng edə bilər.

10.6. Hər bir müştəri yalnız bir hesab aça bilər. Müştəri tərəfindən açılan digər hesablar ehtiyat hesablar hesab olunur. Bu cür hesabları bağlamaq və:

10.6.1. ehtiyat hesabdan istifadə etməklə aparılan bütün əməliyyatların etibarsız etmək hüququmuz var;

10.6.2. əsas və ehtiyat hesabdan edilmiş bütün mərcləri və depozitləri Müştərilərə qaytarılmaması;

10.6.3. ehtiyat hesabdan istifadə etməklə əldə olunan bütün uduşların, bonusların və pul vəsaitlərinin ödənilməsini tələb edilməsi. İlk tələbimizlə müştərinin onları geri qaytarmağı məcburidir.

11. Şəxsiyyətin təsdiqi. Pulların yuyulmasından qorunma

11.1 Nəzərə alın ki, Hesabınızdakı ad və doğum tarixi əsl və qanuni adınıza və şəxsiyyətinizə uyğun olmalıdır.

11.2 Qeydiyyatdan keçərkən təqdim etdiyiniz ad, Hesab Balansınıza pul yatırmaq və ya çıxarmaq üçün istifadə olunan kredit kart(lar)ındakı və ya digər ödəniş hesablarında olan ada uyğun olmalıdır.

11.3 Şəxsiyyətinizi, ünvanınızı və/və ya ödəniş hesabınızı («identifikasiya») təsdiqləmək üçün istənilən vaxt tələb edə bilərik:

11.3.1 şəxsiyyəti təsdiq edən sənəd (o cümlədən etibarlı pasportun/şəxsiyyət vəsiqəsinin və/və ya istifadə edilən hər hansı ödəniş kartlarının surətləri),

11.3.2 O cümlədən son kommunal ödəniş daxil olmaqla (üç aydan çox olmamalıdır) ünvanı təsdiq edən sənəd,

11.3.3 İstifadə olunan ödəniş üsulu ilə bağlı son kredit/debet/bank hesabı çıxarışının surəti (3 aydan çox olmamalıdır).

11.4 Bu sənədləri bizə təqdim etmədiyiniz və/yaxud müəyyən etdiyimiz müddət ərzində şəxsiyyətinizi təsdiq edə bilmədiyimiz təqdirdə, aşağıda qeyd olunanları yerinə yetirmək hüququna malikik:

11.4.1 yoxlama prosesimiz başa çatana qədər hesabınızdakı balansı saxlamaq,

11.4.2 aparılan əməliyyatların hər hansı birini və ya bir hissəsini ləğv etmək və hesabınızı dondurmaq və/və ya

11.4.3 hesabınızı dayandırmaq və ya bağlamaq və bu müqavilələri ləğv etmək.

11.5 Xidmət istifadənizi (məsələn, qadağan olunmuş tədbirlər üçün), bu müqavilələrə uyğunluğunu və müqavilənin pozulması üçün xidmətlər vasitəsilə həyata keçirilən Maliyyə əməliyyatlarınızı yoxlamaq, şəxsiyyətinizi, yaşınızı və təqdim etdiyiniz digər Qeydiyyat və ya ödəniş məlumatlarınızı təsdiqləmək üçün istənilən vaxt təhlükəsizlik yoxlaması apara bilərik.

11.6 Bizə sizin haqqınızda istənilən sorğu aparmaq və onu təsdiq etmək üçün sizin haqqınızda hər hansı məlumatdan istifadə etmək və üçüncü tərəfə açıqlamaq səlahiyyətini verirsiniz.

11.7 Təhlükəsizlik yoxlaması aparmaq üçün sizdən tələb edəcəyimiz hər hansı əlavə məlumat və ya sənəd təqdim etməyi qəbul edirsiniz.

11.8 Bu prosedur qanuni tələbdir və tətbiq olunan oyun qaydalarına və çirkli pulların yuyulmasına qarşı qanuni tələblərə, xüsusən də Qeyri-adi Əməliyyatların Hesabatına dair Milli Sərəncama və AML/CTF üzrə daxili siyasətlərimizə uyğun olaraq həyata keçirilir.

12. İstifadəçi adı, parol və təhlükəsizlik

12.1. İnternet saytında hesab açdıqdan sonra Müştəri, parolu və istifadəçi adını gizli saxlamalı və bu məlumatı üçüncü tərəfə açıqlamamalıdır. Hesaba daxil olmaq üçün lazım olan məlumatlar itirildiyi təqdirdə, «Parolu bərpa et» düyməsini sıxmaqla öyrənilə və ya bərpa oluna bilər.

12.2. Müştəri parolun təhlükəsizliyinə, habelə hesab vasitəsi ilə həyata keçirilən əməliyyatlara görə məsuliyyət daşıyır. Bununla yanaşı, Müştəri hər hansı üçüncü tərəfin apardığı əməliyyatlar zamanı dəyən ziyana görə məsuliyyət daşıyır.

12.3. Təhlükəsizliyin pozulması və hesaba icazəsiz giriş halı aşkarlanarsa müştəri dərhal bu barədə mərc şirkətinə məlumat verməlidir. Lazım gələrsə, müştəri icazəsiz giriş halı aşkarlanmasına dair sübut təqdim etməlidir. Mərc şirkəti, istifadəçi adı və parolunun hər hansı bir üçüncü şəxs tərəfindən səhv və ya diqqətsiz istifadəsi və ya hesaba icazəsiz daxil olması səbəbindən müştəriyə dəymiş ziyana görə məsuliyyət daşımır.

13. Pul vəsaitlərinin hesaba qoyulması, yerləşdirilməsi və çıxarılması

13.1. Müştəri internet saytında mərc etmək üçün hesabına müəyyən məbləğdə pul qoymalıdır.

13.2. Müştəri aşağıda qeyd olunanları təsdiq edir və öhdəsinə götürür:

13.2.1. mərc hesabına qoyulan hər hansı pul vəsaiti qeyri-qanuni və ya qadağan olunmuş yolla əldə edilməmişdir;

13.2.2. Müştəri hər hansı üçüncü şəxsə pulun qaytarılmasına səbəb ola biləcək və hüquqi məsuliyyətdən yayınmalarına şərait yarada biləcək hər hansı həyata keçirilən əməliyyatlardan imtina etməyəcək, yerinə yetirilən ödənişləri rədd etməyəcək və ləğv etməyəcəkdir.

13.3. Üçüncü bir şəxs tərəfindən heç bir pul vəsaiti qəbul etmirik: dostlar, qohumlar və ya tərəfdaşlar. Müştərinin pul vəsaitlərini yalnız öz hesabından, bank kartından və ya Müştərinin adına qeydiyyatdan keçmiş sistemdən ödəməyi məcburidir. Bu şərtin pozulması faktları aşkar edilərsə, bütün uduşlar müsadirə edilə bilər.

13.4. Pul vəsaitlərinin qanuni sahibinə qaytarılması üçün bank köçürməsi tələb olunduqda, bütün xərclər və komissiyalar alıcının hesabına ödənilir.

13.5. Nəğd ödənişləri qəbul etmirik. Pul köçürmələrini , həmçinin müştəriyə ödənişlərin edilməsi üçün elektron ödənişlərin həyata keçirilməsi ilə məşğul olan müxtəlif qurumların və ya hər hansı maliyyə institutların dəstəklədiyi elektron ödəniş sistemindən istifadə edə bilərik. Bu qurumların qayda və şərtlərinin müqavilənin müddəalarına zidd olmaması istisna olmaqla, müştəri bu qaydaları tam qəbul etməlidir.

13.6. Müştəri öz hesabından aparılan hər hansı əməliyyatdan imtina etməməyə, ləğv etməməyə və dayandırmamağa razılığını bildirir. Əlavə olaraq, belə halların hər birində Müştəri Müştəridən əmanət toplayarkən ortaya çıxacaq hər hansı xərclər daxil olmaqla, ayrılmamış vəsaitin məbləğini ödəməyə və ya bizə kompensasiya verməyə borcludur.

13.7. Hesabın doldurulmasında saxtakarlıq aşkar edilərsə, müştərinin hesabını bloklamaq, ödənişləri ləğv etmək və uduşları toplamaq hüququmuz var. Ödənişlərlə və hər hansı bir qanunsuz fəaliyyətlə bağlı saxtakarlıq barədə müvafiq orqanlara məlumat vermək hüququmuz var. Ödənişlərin qaytarılmasında kollektor agentliklərin xidmətlərindən istifadə etmək hüququmuz var. Mərc şirkəti kredit kartlarının icazəsiz istifadəsinə görə məsuliyyət daşımır.

13.8. Müştərinin mərc şirkətinə qaytarmalı olduğu hər hansı bir məbləğı ödəmək üçün hər hansı bir müsbət müştəri hesabı balansından istifadə etmək hüququmuz var. Xüsusilə, hər hansı təkrar mərc və ya mərc zamanı, 10-cu bənd («Sözləşmə, aldadıcı hərəkətlər, fırıldaqçılıq və cinayət fəaliyyəti) və ya 13-cü bənd («Səhvlər və qüsurlar»).

13.9. Mərc hesabının bank hesabı olmadığı müştəriyə tam aydındır və öz razılığını bildirir. Buna görə, əmanətlərin sığortalanması sistemi və digər sığorta sistemləri tərəfindən sığorta, doldurma, zəmanət və digər vasitələr tətbiq edilmir. mərc hesabındakı nəğd pula faiz hesablanmır.

13.10. Müştəri aşağıdakı hallarda pulun hesabdan çıxarılması tələbi ilə müraciət etmək hüququna malikdir:

13.10.1. hesaba daxil olan bütün ödənişlər yoxlanılmış və onların heç biri ləğv edilməmiş və ya xitam verilməmişdir;

13.10.2. istənilən yoxlama əməliyyatı lazımi qaydada yerinə yetirilmişdir.

13.11. Hesabdan pul vəsaitin çıxarılması barədə sorğunun icrası üçün aşağıdakı məqamlar nəzərə alınmalıdır:

13.11.1. mərc profili doldurulmalıdır;

13.11.2. vəsaitlərin çıxarılması üçün tələb olunan məbləğ 50.000 rubl və ya hər hansı digər valyutada ekvivalent məbləğdə pul vəsaitlərinin çıxarılmasının ümumi məbləğindən çox olarsa, biz eyniləşdirmə prosedurunu həyata keçirə bilərik. Bunun üçün Müştəri bizə öz şəxsiyyətini təsdiq edən sənədin surətini və ya rəqəmsal fotoşəkilini təqdim etməlidir. Kredit kartı vasitəsi ilə hesabı doldurduqda həmin kartın hər iki tərəfinin şəkli bizə göndərilməlidir. Kart nömrəsində ilk altı rəqəm və son dörd rəqəm görünməlidir, CVV2 kodu gizlənə bilər;

13.11.3. Oyunda iştirak etməyən pul vəsaitlərinin çıxarılması üçün çəkilən xərclərdən komissiya haqqı götürmək hüququmuz var.

13.11.4. Bank və ya ödəniş sistemi tərəfindən hər hansı texniki nasazlıqlar istisna olmaqla, 5,000 rubla qədər pul vəsaiti və ya hər hansı digər valyutada bu ekvivalent məbləğdə pul vəsaitinin çıxarılması tələb edildiyi andan etibarən 60 dəqiqə ərzində müştərinin hesabına ödənilməlidir.

13.11.5. Dəyəri 5,000 rubl və ya hər hansı digər valyutada bu ekvivalentdə olan, çıxarılan məbləğ, tələb olunduğu andan etibarən 5 gün ərzində müştərinin hesabına ödənilməlidir.

13.11.6. Bankdan və ya digər ödəniş sistemindən asılı olaraq 3 iş gününə qədər digər gecikmə halları mümkündür.

13.11.7. Qazanılmış nəğd pul vəsaitlərinin çıxarılmasının digər üsulları İnternet saytının Administrasiyası ilə açıq şəkildə müzakirə edilməlidir.

13.12. Pul mübadiləsi xidmətləri göstərmirik. Bu cür hesabları bağlamaq və:

13.12.1. oyunda iştirak etməyən vəsaitlərin çıxarılmasında çəkilən xərclərdə komissiya haqqı tutmaq ;

13.12.2. əsas və dublikat hesablarla aparılan bütün əməliyyatları etibarsız qəbul etmək;

13.12.3. əsas və dublikat hesablardan qoyulmuş bütün depozitləri müştərilərə geri qaytarmamaq hüququmuz var.

13.13 Pul çıxarma funkiyasını aktivləşdirmək üçün edilən hər doldurmanın ən azı 100%-i mərc edilməlidir və ya platformamızdakı istənilən oyunda edilən edilən hər bir doldurmanın 100%-i istifadə (mərc) edilməlidir.

13.14. Uduş məbləği 5 000 000 (beş milyon rubl) -dən çox olarsa, mərc şirkəti hər bir Müştəri üçün fərdi olaraq hesablanan pulun çıxarılması üçün gündəlik limit təyin etmək hüququnu özündə saxlayır.

14. Mərc şirkətinin xidmətlərinə aid qaydalar və şərtlər:

14.1. Veb saytında göstərilən bütün xidmətlər və/və ya əlavə xidmətlər, habelə bütün əlavə xərclər (əgər varsa), o cümlədən mümkün vergilər, rüsumlar və s. görə ödəniş etməli olduğunuza dair razılığınızı bildirirsiniz. Bütün ödənişlərin vaxtında həyata keçirilməsinə görə tam məsuliyyət daşıyırsınız. Ödəniş xidmətlərinin provayderi yalnız Saytda müəyyən edilmiş məbləğdə ödənişin həyata keçirilməsini təmin edir və Saytın istifadəçisi tərəfindən yuxarıda qeyd olunan əlavə məbləğlərin ödənilməsinə görə məsuliyyət daşımır. “Ödəniş” düyməsinə basdıqdan sonra ödəniş tamamlanmış və yerinə yetirilmiş hesab olunur. «Ödəniş» düyməsinə basmaqla, ödənişin geri qaytarılmasını tələb etmək hüququnuz olmadığını qəbul edirsiniz. Saytda sifariş verərək, heç bir dövlət qanununu pozmadığınızı bildirir və təsdiq edirsiniz. Habelə, qaydaların (və/və ya şərtlərin) müddəalarını qəbul edərək, bir bank kartı sahibi olaraq veb saytında təklif olunan hər hansı bir mal və/və ya xidmətdən istifadə etmək səlahiyyətinizin olduğunu təsdiq edirsiniz.

14.2. Mərc xidməti kimi xüsusi xidmətlər təklif edən Vebsaytın hər hansı xidmətlərindən istifadə etdiyiniz halda, Vebsayt tərəfindən təklif olunan xidmətlərdən istifadə etmək üçün yurisdiksiyanızda qanuni olaraq icazə verilən yetkinlik yaşına çatmağınıza və ya keçməyinizə dair qanunun təsdiqini təqdim edirsiniz.

14.3. Vebsaytın xidmətlərindən istifadə etməyə başlasanız, həmin xidmətin istifadə olunduğu hər hansı dövlətin qanunvericiliyinə riayət etmək üçün hüquqi məsuliyyət daşıyırsınız və ödəniş xidmətlərinin provayderinin istənilən qanunsuz və ya icazəsiz pozuntuya görə heç bir məsuliyyət daşımadığını təsdiq edirsiniz. Vebsaytın xidmətlərindən istifadə etməyə razılıq bildirməklə qəbul edirsiniz ki, istənilən ödənişin gerçəkləşdirilməsi ödəniş xidmətlərinin provayderi tərəfindən həyata keçiriləcək və artıq alınmış xidmətlərin və/və ya malların ödənilməsi üçün qanuni hüquq və ya ödənişi ləğv etmək üçün hər hansı digər imkanlar yoxdur. Daha sonra xidmətin və/və ya malların alınması üçün xidmətdən istifadədən imtina etmək istəyirsinizsə, Vebsaytdakı Şəxsi hesabdan istifadə edərək xidmətdən imtina edə bilərsiniz.

14.4. Ödəniş xidməti provayderi bank kartınızla əlaqəli məlumatların işlənməsindən və ya bank kartınızdan istifadə edərək ödəniş etmək üçün hər hansı bir icazənin olmaması ilə əlaqəli hər hansı bir imtinaya görə məsuliyyət daşımır. Bank kartınızdan istifadə etməklə İnternet saytında sizə təklif olunan və ya satın aldığınız hər hansı xidmətin və/və ya malların keyfiyyətinə, həcminə, qiymətinə görə ödəniş xidmətlərinin provayderi məsuliyyət daşımır. Vebsaytın istənilən xidmətləri və/yaxud mallarının ödənilməsi üçün siz ilk növbədə Vebsaytdan istifadə qaydalarına əməl etməlisiniz. Nəzərə alın ki, yalnız siz bank kartının sahibi olaraq Vebsayt vasitəsilə sifariş etdiyiniz hər hansı xidmət və/və ya malın vaxtında ödənilməsinə və bu ödənişlə bağlı bütün əlavə xərclərə/komissiyalara görə məsuliyyət daşıyırsınız. Ödəniş xidmətlərinin provayderi yalnız Vebsayt tərəfindən müəyyən edilmiş məbləğin ödənişini həyata keçirir və heç bir qiymətin formalaşmasına, ümumi qiymətlərə və/və ya ümumi məbləğlərə görə məsuliyyət daşımır.

14.5. Yuxarıda göstərilən şərtlərlə və/və ya digər səbəblərdən razı olmamağınızla əlaqədar bir vəziyyət yaranarsa, vaxtında ödənişdən imtina etməyinizi və lazım olduqda birbaşa internet saytının administratoru/müştəri xidmətinə müraciət etməyinizi xahiş edirik.

15. Sövdələşmə, aldadıcı hərəkətlər, fırıldaqçılıq və cinayət fəaliyyəti

15.1. Mərc şirkəti bir qrup müştəri tərəfindən eyni IP ünvanından və ya bir yerli şəbəkədən, habelə əvvəlcədən razılaşdırılmış şəkildə mərc etməyi tövsiyə etmir. Yuxarıda qeyd olunanlar sövdələşmə, fırıldaqçılıq, aldadıcı hərəkətlər kimi qiymətləndirilə bilər.

15.2. Mərcin nə zaman və hansı şəraitdə edilməsinə, mərc qaydalarına əməl olunmamasına görə mərc şirkəti heç bir halda məsuliyyət daşımır. Bu cür hesabları bağlamaq və:

15.2.1. bütün əməliyyatları etibarsız hesab etmək, digər Müştərilərlə razılaşdırılmış bütün depozitləri və mərcləri Müştərilərə qaytarmamaq;

15.2.2. sövdələşmə nəticəsində əldə edilmiş bütün uduşların, mükafatların və pul vəsaitlərinin qaytarılmasını tələb etmək hüququmuz var. İlk tələbimizlə müştəri onları qaytarmağa məcburdur.

15.3. Aşağıdakı fəaliyyət növləri qəti qadağandır, hər hansı bu cür hərəkətlərin edilməsi müqavilənin birbaşa pozulması kimi qəbul edilir:

15.3.1. məlumatların istənilən üçüncü tərəfə ötürülməsi;

15.3.2. qeyri-qanuni hərəkətlər: fırıldaqçılıq, virus proqramlarının istifadəsi, botlar və internet sayt proqramındakı səhvlər;

15.3.3. hesabın doldurulması üçün, oğurlanmış, kopyalanmış və ya başqa yolla qeyri-qanuni əldə edilmiş kredit və ya debet kartlarının istifadəsi kimi saxtakarlıq hərəkətləri;

15.3.4. cinayət fəaliyyətində iştirak, çirkli pulların yuyulması və cinayət-hüquqi məsuliyyətə səbəb ola biləcək digər fəaliyyət növləri.

15.4. Müştərinin onlardan qəsdən sui-istifadə etdiyinə dair şübhə yaranarsa, bonus vəsaitləri ilə bağlı ödənişləri və ya uduşları dayandırmaq, ləğv etmək və ya geri götürmək hüququmuz var.

15.5. Qanunlar çərçivəsində, istənilən saxta sövdələşmənin və onların birbaşa iştirakçılarının istisna edilməsi və müəyyən edilməsi üçün bütün tədbirlər tərəfimizdən icra olunacaq, habelə bu cür şəxslərə qarşı da müvafiq tədbirlər görüləcəkdir. Fırıldaqçılıq hərəkətləri nəticəsində Müştərilər tərəfindən dəyən hər hansı zərər və ziyana görə məsuliyyət daşımırıq.

15.6. İstənilən digər müştərinin sövdələşmədə olduğuna və ya hər hansı bir saxtakarlıq aşkarlındığına dair şübhə yarandıqda, müştərilər dərhal bizə məlumat verməlidirlər. İnternet saytı vasitəsilə və ya telefonla — 8 (800) 301-77-89 (24/7) müştəri xidməti ilə onlayn əlaqə saxlaya bilərik.

15.7. İstənilən fırıldaqçılıq fəaliyyəti ilə bağlı şübhə yaranarsa, müştərilərə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən onların İnternet saytına daxil olmasını qadağan etmək və onların hesablarını bloklamaq hüququmuz var. Belə olan halda, biz bu Müştərilərin hesablarında olan hər hansı pul vəsaitinin ödənilməsi və kompensasiyası üçün məsuliyyət daşımırıq. Habelə, hüquq-mühafizə orqanlarına hər hansı qanunsuz fəaliyyət barədə məlumat vermək hüququmuz var. Belə halların araşdırılması sahəsində müştərinin bizimlə tam əməkdaşlıq etməyi zəruridir.

15.8. İstənilən xüsusi yurisdiksiyanın qanunvericiliyinə uyğun olaraq, müştərinin hər hansı saxta, qanunsuz hərəkətlər və əməliyyatlar həyata keçirmək üçün İnternet saytının xidmətlərindən və proqram təminatından istifadə etməsi qəti qadağandır. Müştərinin bu cür hərəkətlərə yol verməsi faktı müəyyən edilərsə və ya aşkar olunarsa, mərc şirkəti Müştərinin hesabını dayandıra və ya bloklaya və orada mövcud olan hər hansı vəsaiti çıxara bilər. Bu halda Müştərilərin mərc şirkətinə qarşı heç bir iddia irəli sürmək hüququ yoxdur.

15.9. Üçüncü tərəfin (nominal hesab sahibləri) adından hər hansı oyun fəaliyyətinin həyata keçirilməsi saytın qaydalarına ziddir və məhdudlaşdırılır.

Təhlükəsizlik xidməti tərəfindən yoxlanılan şəxsin idman mərcləri sahəsində kifayət qədər məlumatı olmadığını sübut edən yoxlamadan sonra oyun hesabı dərhal bloklanmalıdır.

16. Saytda qadağan olunmuş digər fəaliyyətlər

16.1. İnternet saytında istənilən aqressiv və ya təhqiramiz üslubdan istifadə etmək, nalayiq sözlər, hədələmələr və mərc şirkətinin əməkdaşlarına və digər Müştərilərə qarşı hər hansı zorakı hərəkətlərdən istifadə etmək qəti qadağandır. Oyunçu qaydaların həmin bəndinə əməl etmədikdə, mərc şirkəti həmin Oyunçu ilə əməkdaşlığı dayandırmaq və ya oyuçunun sorğu istəyi nəzərə alınmadan rədd etmək hüququna malikdir.

16.2. İnternet saytının işində hər hansı nasazlığa səbəb ola biləcək həcmdə istənilən məlumatın İnternet saytına yüklənməsi və resursun fəaliyyətinə təsir göstərə biləcək hər hansı digər amillər qadağandır. Viruslar, zərərli proqram təminatı, toplu poçt göndərişləri və spamlar nəzərdə tutulur — yuxarıda qeyd olunanların hamısı qəti şəkildə qadağandır. Habelə, İnternet saytında dərc edilmiş məlumatların silinməsi, dəyişdirilməsi və nəşri qəti qadağandır.

16.3. Müştərilər İnternet saytından yalnız əyləncə məqsədli istifadə edə bilərlər. Bütünlükdə veb saytı və ya onun hər hansı bir hissəsini kopyalamaq qadağandır.

16.4. İnternet saytının təhlükəsizlik sisteminin sındırılmasına, hər hansı məxfi məlumatlara qeyri-qanuni girişin əldə edilməsinə və ya DDoS hücumlarına yönəlmiş heç bir hərəkətə yol verilməyəcəyinə müştəri təminat verir. Bu qaydanı pozmaqda şübhəli bilinən müştərilər üçün müvafiq tədbirlər görüləcəkdir: internet saytına girişin tamamilə qadağan edilməsi və Hesabın bloklanması. Habelə Müştərinin hər hansı qanunsuz hərəkətləri barədə hüquq mühafizə orqanlarına məlumat vermək hüququmuz var.

16.5. Müştərilərimizin və ya hər hansı üçüncü tərəfin istənilən virus hücumu və ya İnternet saytına yönəlmiş hər hansı digər zərərli hərəkətlər nəticəsində yaranan texniki nasazlıq nəticəsində dəyən ziyana görə məsuliyyət daşımırıq.

16.6. Müştərinin hesabının istənilən digər şəxsə köçürülməsi və satışı qəti qadağandır.

17. Müqavilənin müddəti və ləğvi

17.1. Aşağıdakı hallarda əvvəlcədən xəbərdarlıq edilmədən müştərinin hesabını (həmçinin adı və şifrəsini) silmək hüququmuz var:

17.1.1. bütün müştərilərə və ya hər hansı bir tərəfə xidmət göstərməyi dayandırmaq qərarı aldıq;

17.1.2. Müştərinin hesabı istənilən şəkildə əvvəllər silinmiş hesabla əlaqələndirilir;

17.1.3. Müştərinin hesabı hazırda bloklanmış hesabla əlaqələndirilir, bu halda hesabı necə bağlamasından asılı olmayaraq bağlamaq və bu hesablardakı etimadnamələri tamamilə bloklamaq hüququmuz olacaq. Müqavilədə göstərilən hallar istisna olmaqla, müştərinin hesabındakı qalıq müəyyən bir müddət ərzində, sorğu təqdim edildikdən və müştərinin borclu olduğu məbləğ toplandıqdan dərhal sonra qaytarılmalıdır;

17.1.4. Müştəri cinayət qruplaşmasında iştirak edir və ya sistemi sındırmağa çalışır;

17.1.5. Müştəri internet saytının proqram təminatını dayandırır və ya manipulyasiya etməyə çalışır; 17.1.6. Müştəri öz hesabından istənilən yurisdiksiyanın qanunvericiliyinə uyğun olaraq qeyri-qanuni hesab ediləcək məqsədlər üçün istifadə edir;

17.1.7. Müştəri İnternet saytında təhqiredici və ya alçaldıcı xarakterli istənilən məlumatı dərc edir.

17.2. Əlaqə məlumatlarında qeyd olunan ünvana Müştəriyə müvafiq bildiriş göndərməklə Müştərinin hesabını bağlamaq və ya Müqaviləni ləğv etmək hüququmuz var. Cari Müqavilənin 15-cu («Sözləşmə, aldadıcı hərəkətlər, dələduzluq və cinayət fəaliyyəti») və 22-cı («Şərtlərin pozulması») bəndlərində qeyd olunan hallar istisna olmaqla, bu cür hərəkətlərə yol verildiyində, pul vəsaitlərini müştərinin hesabından ödəmək hüququmuz var. İstənilən səbəbdən müştəri ilə əlaqə saxlaya bilməsək, pul müvəqqəti olaraq mərc şirkətinin və ya hər hansı nəzarət orqanının hesabına köçürülməlidir.

18. Veb saytdakı dəyişikliklər

18.1. İstənilən vaxt, öz mülahizəmizə əsasən, resursu dəstəkləmək və yeniləmək üçün vebsaytda təklif olunan xidmətlərə dəyişiklik və ya əlavələr etmək hüququmuz var.

19. Sistem xətaları

19.1. Əgər mərc prosesi zamanı Vebsaytın işində nasazlıq baş verərsə, mümkün qədər tez bərpa etməyə çalışacağıq. Müştərilər tərəfindən internet saytına daxil olmaq üçün istifadə olunan avadanlığın istismarı, eləcə də İnternet provayderlərinin işində yaranan fasilələr nəticəsində İT cihazlarında yaranan nasazlıqlara görə məsuliyyət daşımırıq.

20. Xətalar və nöqsanlar

20.1. İstənilən mərci məhdudlaşdırmaq və ya ləğv etmək hüququmuz var.

20.2. Müştəri səhvən, öz hesabına daxil olan məbləği mərc etmək və oyunda iştirak etmək üçün istifadə edibsə, bu mərcləri və onlar vasitəsilə əldə edilən istənilən uduşu ləğv edə bilərik. Bu cür mərclər üzrə istənilən ödəniş edildiyi təqdirdə, bu məbləğ etibarnamə tərəfindən müştəriyə verilmiş sayılır və ilk tələbimizə əsasən müştərinin məbləği geri qaytarmağı məcburidir.

20.3. Mərc şirkəti və xidmət təminatçıları müştərinin və ya bizim səhvlərimiz nəticəsində dəyən hər hansı ziyana, o cümlədən itirilmiş uduşlara görə məsuliyyət daşımır.

20.4. Mərc şirkəti, onun distribyutorları, filialları, lisenziya sahibləri, törəmə şirkətləri, habelə işçilər və menecerlər hər hansı məlumatın ələ keçirilməsi və ya sui-istifadəsi nəticəsində dəyən zərər və ziyana internet vasitəsilə ötürülən məlumatlara görə məsuliyyət daşımır.

21. Öhdəliklərimizin məhdudlaşdırılması

21.1. Müştəri İnternet saytının xidmətlərindən istifadə etmək barədə müstəqil qərar qəbul edir və istənilən fəaliyyət və onların nəticələri müştərinin öz şəxsi seçiminə əsasən əldə edilir.

21.2. İnternet saytı müqavilənin müddəalarına uyğun fəaliyyət göstərməlidir. İnternet saytı və təklif olunan xidmətlərlə bağlı heç bir əlavə zəmanət və ya təminat vermirik, belə ki, (qanun çərçivəsində) müvafiq təminatlarla bağlı öhdəliyimiz yoxdur.

21.3. Hal-hazırda öncədən aşkarlanmayan qanun pozuntularına, səhlənkarlığa, zərərvə ziyana görə məsuliyyət daşımırıq.

21.4. Mərc şirkəti vebsayt vasitəsilə əldə ediləcək resursların məzmununa görə məsuliyyət daşımır.

22. Şərtlərin pozulması

22.1. Müştəri zərərin tam ödənilməsinə, mərc şirkətinin, onun tərəfdaşlarının, işçilərinin və direktorlarının maraqlarını aşağıda qey olunan iddia, öhdəlik, xərclər, zərər və ziyandan qorumağa və müdafiə etməyə razılıq bildirir:

22.1.1. Müştərinin Müqavilənin şərtlərini pozması;

22.1.2. Müştərinin istənilən üçüncü şəxsin qanun və hüquqlarını pozması;

22.1.3. Müştərinin izni olmadan identifikasiya məlumatlarından istifadə edən istənilən digər şəxsin saytın xidmətlərindən istifadəsi;

22.1.4. bu yolla əldə edilmiş uduşların mənimsənilməsi.

22.2. Müştəri müqavilənin şərtlərini pozarsa:

22.2.1. Müştəriyə öz hərəkətləri ilə müqavilənin şərtlərini pozduğunu bildirmək və qadağan olunmuş hərəkətləri dərhal dayandırmağı tələb etmək;

22.2.2. Müştərinin hesabının fəaliyyətini vaxtında dayandırmaq;

22.2.3. xəbərdarlıq edilmədən müştərinin hesabını bloklamaq;

22.2.4. şərtlərin pozulması nəticəsində əldə edilmiş ödənişlərin, uduşların və ya bonusların müştərinin hesabından çıxarmaq hüququmuz var.

22.3. Müqavilənin istənilən bəndinə əməl edilmədiyi təqdirdə, müştərinin istifadəçi adı və şifrəsini ləğv etmək hüququmuz var.

23. Əqli mülkiyyət hüquqları

23.1. Vebsayt müəllif hüququ və digər bizə aid olan mülkiyyət hüquqlarını özündə birləşdirə obyektdir. İnternet saytında yayımlanan bütün yüklənmiş və çap olunmuş materiallar yalnız bir kompüterə yüklənə bilər. Həmin materialların istənilən halda çap olunması yalnız şəxsi və qeyri-kommersiya məqsədləri üçün icazə verilir.

23.2. Veb saytın istənilən halda istifadəsi müştəriyə bizə və ya hər hansı digər üçüncü tərəfə məxsus olan əqli mülkiyyət hüququ ilə təmin olunmur.

23.3. Müvafiq razılığımız olmadan veb saytda dərc olunan ticarət nişanı, marka adı, Loqotiplərin və digər reklam materiallarının istifadəsi və ya çoxaldılması qəti qadağandır.

23.4. Müştəri, həyata keçirdiyi istənilən qanunsuz fəaliyyət nəticəsində yarana biləcək hər hansı bir zərər, xərc və ya istehlak materialına görə məsuliyyət daşıyır. Müştərilər istənilən qadağan olunmuş fəaliyyətdən xəbərdar olduqda dərhal bizə məlumat verməli və verilən məlumatlardan istifadə edərək həyata keçirəcəyimiz istintaq araşdırmasına bütün lazımi yardımları göstərməlidirlər.

24. Müştərilərin şəxsi məlumatları

24.1. İstifadəçinin internet saytına daxil olması nəticəsində toplanan şəxsi məlumatlardan istifadə edilən formada fərdi məlumatların qorunması tələblərinə riayət etmək zəruridir. Müştərilərimizin şəxsi məlumatlarının işlənməsi ilə bağlı öhdəliklərə xüsusi diqqət yetiririk. Müştərilər tərəfindən verilən şəxsi məlumatları məxfilik siyasətinə tam uyğun olaraq emal edəcəyik.

24.2. Müştərilər şəxsi məlumatları təqdim etməklə, müqavilədə göstərilən məqsədlər üçün fərdi məlumatları işlənilməsi və ya hər hansı tənzimləmə və hüquqi öhdəliklərə əməl etmək hüququnun bizə aid olmasına razılıq bildirirlər.

24.3. Məxfilik siyasətinə uyğun olaraq, Müştərilərimizə aid istənilən şəxsi məlumatların heç bir üçüncü tərəfə, yalnız zərurət yarandıqda ondan yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün istifadə edə bilən prosessorlar və işçilər istisna olmaqla açıqlamamağı və ötürməməyi öhdəmizə götürürük. 24.4. Əldə edilən bütün məlumatları dəqiq qeydə alınması üçün müştərilərdən alınan bütün yazışmaların surətlərini saxlayırıq.

25. «Cookie» fayllarının İnternet saytda istifadəsi

25.1. İnternet saytının yararlı istifadəsini təmin etmək üçün “Cookie” fayllarından istifadə edirik. “Cookie” internet saytına daxil olarkən istifadəçinin fərdi kompüterində saxlanılan kiçik ölçülü xüsusi mətn faylıdır, ondan istifadə etməklə Sayta təkrar daxil olan istənilən konkret istifadəçini təyin edə bilərik. “Cookie” fayllarına nəzarət və silinmə ilə bağlı əlavə məlumat www.aboutcookies.org saytında verilmişdir (http://www.aboutcookies.org). Nəzərinizə çatdırırıq ki, «cookie»-lərin silinməsi internet saytının müəyyən bölmələrinə və funksiyalarına girişə qadağa qoyulmasına səbəb ola bilər.

26. İddialar və bildirişlər

26.1. Veb-saytın fəaliyyəti ilə əlaqədər istənilən iddia və şikayətlər yarandıqda, ilk növbədə, şikayətinizi ən qısa zamanda Vebsaytdakı onlayn çat vasitəsilə müştəri xidmətinə göndərməniz xahiş olunur. (müştəri xidmətinin telefonu – 8(800)301) -77-89 (24/7)) və ya e-poçt ünvanına – support@1win.social

26.2. Müştəri serverdə saxlanacaq mübahisəli məsələnin qeydlərinə iddiaya baxılmaq üçün sübut kimi istifadə oluna biləcəyinə razılıq bildirir.

27. Mübahisəli məsələnin həlli

27.1. İstənilən məsələni həll etmək olar. İstənilən konkret məlumat — faktlar və arqumentlər təqdim edildikdə, bütün mübahisəli məsələlər hərtərəfli nəzərdən keçiriləcək. Mübahisəli məlumat faktlar və arqumentlər də daxil olmaqla, yazılı formada Veb-saytdakı onlayn çat (müştəri xidmətinin telefonu – 8(800)301-77-89 (24/7)) və ya e-poçt ünvanına təqdim edilməlidir. — müştəri xidmətinin e-poçt ünvanı (security@1win.social). Müraciət edildiyi andan etibarən 14 gün ərzində iddia məktubuna və ya təklifinə baxılacaq və araşdırmanın nəticəsi barədə bildiriş cavab məktubunda müştəriyə göndəriləcək. Əlavə yoxlama aparılması zərurəti yarandıqda, sorğuya baxılma müddətini müraciət olunduğu andan etibarən 30 günə qədər uzatmaq hüququna sahibik. İstənilən qadağan olunmuş dildən, hər cür kobud ifadələrdən və yalan məlumatlardan məktubun mətnində istifadə etmək qəti qadağandır.

28. Fors-major halları

28.1. İstənilən təbii fəlakət, müharibə, vətəndaş iğtişaşları, istehsal mübahisələri, ictimai şəbəkələrin pozulması, DDoS hücumu və ya veb saytın işinə mənfi təsir göstərə biləcək İnternet şəbəkəsinə edilən kiber hücumları əhatə edən hər hansı bir fors-major halları yarandığı təqdirdə, müqavilədə sadalanan gecikmələrə və ya öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırıq.

28.2. Fors-major halları yarandıqda Veb-saytın fəaliyyəti dayandırılır və həmin müddət ərzində öhdəliklərin yerinə yetirilməsi üçün gecikmə tətbiq edilir. Fors-major halları həllini tapana qədər qədər müştərilər qarşısında öhdəliklərimizi tam yerinə yetirməyə imkan verən üsullar tapmaq üçün bütün mövcud vasitələrdən istifadə etmək məcburiyyəti yaranacaq.

29. Öhdəliklərin imtina edilməsi

29.1. Müştəri tərəfindən istənilən öhdəliyin yerinə yetirilməsini təmin edə və ya hər hansı bir vasitədən istifadə edə bilmədikdə, bu, həmin vasitələrdən imtina edilməsi və ya müştərini öhdəliklərin yerinə yetirilməsindən azad olunması səbəbi kimi qəbul edilməməlidir.

29.2. Müqavilənin istənilən bəndinin etibarsızlığı və qanunsuzluğu və ya hüquqi qüvvəsini itirməsi hallarında bu bənd müqavilənin tam qüvvədə qalacaq digər hissəsindən ayrılmalıdır. Bu halda etibarsız və qanunsuz bənd yenilənmiş normalara uyğun olaraq dəyişdirilməlidir.

29.3. Veb-saytda nəzarət etmədiyimiz digər resurslara keçidlər ola bilər. Digər saytların məzmunu, sayt sahiblərinin fəaliyyəti və istənilən üçüncü tərəfin istifadə etdiyi reklam və sponsorluq xarakterli məzmuna görə məsuliyyət daşımırıq. Hiperlinklər yalnız məlumat məqsədi üçün digər saytlara verilir. Müştəri onlardan istifadə öhdəliyini öz üzərinə götürməlidir.

30. Bonus aksiyası

30.1. Artırılmış mərc (təkrar uduş) yalnız pul bonuslarına tətbiq edilir və yalnız bonus məbləğini əhatə edir. Əgər bonus depozit faizini təşkil edərsə, mərc faiz məbləğini əhatə edəcəkdir. Mərc məbləği keçirilən bonus aksiyasından asılıdır və Vebsayt tərəfindən müəyyən edilir.

30.2. Pul bonusunun çıxarılması yalnız onun tam geri qazanılması şərti ilə mümkündür.

Qeydiyyat üçün pul bonusları hesablandıqda və ya müştərinin bonus almaq üçün balansa heç bir vəsait qoyması tələb olunmadıqda, hesablanmış bonusun geri alınması ilk depozitə qədər mümkün olmayacaqdır.