Məsuliyyətli oyunu

Məsuliyyətli oyun Müştərilərə xidmət siyasətinin mühüm hissəsidir, bu səbəbdən biz qumar aludəşiliyi nəticəsində yarana biləcək problemlərə çox diqqət yetiririk. Hesab edirik ki, oyunçuları qumara həddindən artıq aludə olmaqdan qorumaq və istənilən azyaşlının qumarda iştirakına icazə verməmək bizim birbaşa vəzifəmizdir.

İstəyimiz xidmətimizin mümkün qədər rahat və funksional olması və əyləncəli istirahətə tam uyğunlaşmasıdır. Təəssüf ki, möhtəşəm hobbi olan qumar oyunları bəzi oyunçular üçün problemə çevrilə bilər.

Beynəlxalq səviyyədə qəbul edilmiş məsuliyyətli oyun siyasətini tamamilə dəstəkləyirik və beləliklə müştərilərimizi nəzarətdə saxlamaqla, təhlükəsiz və möhtəşəm oyundan həzz alması üçün əlimizdən gələni edirik.

Nəzarətin təmin edilməsi

Mərc ofisində qumar oynamaq sadə bir əyləncə, asudə vaxt keçirmək, sevimli komandanın oyunundan həzz almaq və mərc oyununun digər iştirakçıları arasında həmfikir insanlar tapmaq üçün yaxşı bir yoldur. Asudə vaxtınızı keçirərkən, oyunları izlərkən və qumarda iştirak edərkən hər halda ehtiyatı əldən verməmək lazımdır.

Hər mərc iştirakçısı həmişə yadda saxlamalıdır ki:

· qumar pul qazanmaq yolu deyil, sadəcə asudə vaxt keçirmək üçün vasitədir, siz bunu idrak etməlisiniz;

· uduzduğunuzda, dərhal geri qazanmağa çalışmamalısınız, çünki hər zaman qazanmaq şansınız olacaqdır;

· siz oyuna sonradan məbləği artırmaqla deyil, yalnız əlinizdə olan məbləği xərcləmək şərti ilə başlamalısınız;

· hər zaman oyuna sərf etdiyiniz vaxta və pulun miqdarına diqqət yetirin.

Oyuna aludəçiliyin qarşısının alınması

İnsanların əksəriyyəti qumarı sadəcə əyləncəli bir istirahət yolu kimi görür, onların yalnız bir qismində oyuna aludəçilik yaranır. Ən son tədqiqatların nəticələri göstərir ki, yetkinlik yaşına çatmış şəxslərin yalnız cüzi bir qismi oyuna aludəçilik problemi ilə üzləşir. Lakin biz bu problemə çox diqqət yetiririk və mərc iştirakçılarına bunu həmişə yadda saxlamağı tövsiyyə edirik:

· qumar ehtimal qanununa əsaslanır, ona görə də uduşa zəmanət verən heç bir “düstur” və “sistem” yoxdur;

· oynamaq istəyi yalnız özünüzdən asılıdır;

· qumar əyləncədir, tez varlanmaq və ya borcları ödəmək üçün bir yol deyil;

· oyuna xərclədiyiniz pulun miqdarına həmişə diqqət yetirməlisiniz;

· oynadığınız zaman daima oyunun qaydalarından xəbərdar olmalısınız.

Sağlam oyun həvəsi ilə aludəçilik arasında fərq qoymaq çətindir. Ancaq mərc iştirakçılarının problemlərlə üzləşdiyinə dair bəzi işarələr mövcuddur.

10 suala cavab verməyə dəvət olunursunuz. Əgər onlardan ən azı 5-nin cavabı müsbətdirsə, ehtimal ki, sizdə artıq oyuna aludəçilik yaranıb.

· Siz qumar oyunları ilə ciddi məşğul olursunuz?

· Mərc etdiyiniz məbləğ daim artır?

· Qumar üçün borc pul alırsınız?

· Planlaşdırdığınızdan daha artıq oynayırsınız?

·Tez-tez mərc ofisinə getmək reputasiyanıza mənfi təsir göstərirmi?

· Mərcdə iştirak edə bilməməyiniz sizi qıcıqlandırırmı və ya məyus edirmi?

· Qumar oynamaq sizin üçün problemlərdən uzaqlaşmağın bir yoludurmu?

· Qazanmaq üçün təkrar oynamaq məcburiyyəti hiss edirsiniz?

· Siz mərclərin miqdarına, qumarxanada sərf olunan vaxta nəzarət etməyə çalışsanız da bunu bacara bilmirsiniz?

· Yaxınlarınızla qumara olan həvəsiniz barədə danışmırsınız?

Qumara nəzarət etmək üçün məsləhətlər

Mərc ofisində oyuna sərf edəcəyiniz vaxtı əvvəlcədən müəyyənləşdirin;

Uduzmağı gözə aldığınız maksimum məbləği müəyyənləşdirin və bu limiti aşmayın; Heç vaxt qumar üçün borc almayın;

Yeni hobbi tapmağa çalışın və onu oyunla birləşdirin;

Depressiya şəraitində və ya əsəbi olduğunuzda heç vaxt qumarxanaya getməyin.

Özünü oyundan kənarlaşdırma

1win hesabınızı bağlamaq istədikdə, müştəri xidmətləri ilə əlaqə saxlamağınız xahiş olunur. Əksər hallarda hesabınızı yenidən açmaq imkanınız olacaq. Bununla belə, əgər siz daimi uzaqlaşdırma tələb etsəniz, biz bütün hallarda bu tələbi yerinə yetirəcəyik və sizə yenidən oyuna qoşulmaq icazəsi verilməyəcək.

Onlayn əlavə dəstək tapın

Köməklik göstərə və məsləhət verə biləcək digər xeyriyyə təşkilatları və assosiasiyalar da mövcuddur:

https://www.gamcare.org.uk